"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.
"Qafqazinfo" xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm. Gözəl oyun alındı. Hər iki komanda hücum futbolu sərgilədi”.
Məmmədov 0:1 hesablı yenilgini müdafiədəki səhvlə əlaqələndirib: “Müdafiədə buraxdığımız səhv qolla nəticələndi. Biz də qol epizodları yaratdıq. Lakin onları dəyərləndirə bilmədik”.
Məmmədov artıq yeni mövsüm haqda düşündüklərini qeyd edib: “Yayda yeni transferlər olacaq. Çatışmayan oyunçularımız çoxdur. Hər mövqeni gücləndirməliyik. Komandanın büdcəsi də artırılacaq”.
Son xəbərlər
Son Xəbərlər