Büdcə ilə bağlı qaydalara dəyişiklik edildi

budce-ile-bagli-qaydalara-deyisiklik-edildi
Oxunma sayı: 2405

Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, baş nazir Artur Rasizadənin təsdiq etdiyi dəyişiklik prezidentin 2017-ci il 25 dekabr tarixli 1759 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi daşıyır.

 “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilib: 

1. 5.5-ci bəndə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri əlavə edilsin. 

2. 5.5-2-ci bəndə “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri əlavə edilsin. 

3. 5.42-ci bəndin beşinci abzasında “Nazirlər Kabineti” sözləri “Prezidenti” sözü ilə əvəz edilsin.