2016-cı ildə dövlət büdcəsinin gəlirləri 14 mlrd. 566 mln. manat, dövlət büdcəsinin xərcləri isə 16,264 mlrd. manat həcmində proqnozlaşdırılır.
“Qafqazinfo”nun nazirliyə istinadən məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrinin təqdimatında deyilir.
Proqnozlara əsasən, 2016-cı ildə dövlət büdcəsinin gəlirlər hissəsi 4 872 milyon manat və ya cari ilin göstəricisindən 25,1 faiz az, xərclər hissəsi isə 4 836 milyon manat və ya 2015-ci ilin göstəricisindən 22,9 faiz az götürülüb.
2016-cı il üçün büdcənin kəsiri 1 698 milyon manat və ya ÜDM-in 2,9 faizi səviyyəsində (onun həcmi 57,7 milyard manat həcmində müəyyən edilib) proqnozlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər