Büdcə təsdiqləndi

budce-tesdiqlendi
Oxunma sayı: 653

SalamNews-un məlumatına görə, bugünki iclasda 2013-cü il dövlət büdcə zərfinə daxil olan 6 qanun layihələri - "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetasi haqqında", "Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında" qanun layihəsi müzakirə olunub.

Deputatlar bir sıra təkliflələr çıxış ediblər. İclasda həmçinin maliyyə naziri Samir Şərifov iştirak edib.

Təsdiq olunan dövlət büdcəsi haqqında danışan parlamentin sədri Oqtay Əsədov deyib ki, Azərbaycanın gələn il üçün büdcəsi müstəqillik tarixində ən böyüyüdür. Gələn ilin büdcəsi ötən ilkilərlə müqayisədə daha uğurludur.