Büdcədə 1 milyard manatdan çox qalıq yaranıb

budcede-1-milyard-manatdan-cox-qaliq-yaranib
Oxunma sayı: 3423

Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat, xərcləri isə 6 milyard 567 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) “Qafqazinfo”ya verilən məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,3 % və 16,7 % çoxdur.

Son nəticədə büdcədə 1 milyard 723 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 24,8 % çoxdur.

Həmçinin oxuyun: Обнародована численность населения Азербайджана