Büdcədən Naxçıvana ayrılan dotasiya azaldılır

Büdcədən Naxçıvana ayrılan dotasiya azaldılır
Oxunma sayı: 2449

“2023-cü ilin dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiya 31,1 milyon manat azaldılacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib. 

O qeyd edib ki, bu, Azərbaycan DTX strukturunda edilən dəyişikliklərə görə edilib: “Naxçıvanda yeni yaradılan Baş İdarə dövlət büdcəsinin mərkəzi xərclərindən maliyyələşəcək. 

31,1 milyon manat azaldılan vəsait isə aşağıdakı xərclərə yönəldiləcək: 

-Yeni səfirliklərin açılması və onların fəaliyyətinin təmin edilməsinə,

-Beynəlxalq fəaliyyətdə Azərbaycan maraqlarının müdafiə edilməsi üçün hüquq məsləhətçilərinin cəlb edilməsinə, 

-Səfirliklərin təhlükəsizliyinin qorunmasının artırılmasına”.

Nazir əlavə edib ki, yerdə qalan vəsaitin 4,1 milyon manatı Milli Məclisin xərclərinə, 11,1 milyon manatı müdafiə və milli təhlükəsizlik xərcləri bölməsinin köməkçi bölməsinə yönəldiləcək.

Eldar Tanrıverdi