“Büdcəmə görə alış-veriş edirəm...” - Sevda

budceme-gore-alis-veris-edirem
Oxunma sayı: 4150

Müğənni Sevda Yəhyayeva “100 ölç, 1 biç” verilişinin qonağı olub.

“Qafqazinfo”nun məlumatına görə, müğənni büdcəsinə görə alış-veriş etdiyini vurğulayıb:

“Mən heç vaxt bütün geyimlərimin bahalı olmasına can atmıram. Hər kəs büdcəsinə görə alış-veriş edir. Ümumiyyətlə, çalışıram özümə yaraşan paltarlar geyinim. Paltarın qiymətindən çox, keyfiyyəti əsasdır. Heç vaxt geyimim “mütləq bahalı butiklərdən olmalıdır”,- deyə özümə şərt qoymuram . İnsanın öz zövqü olmalıdı və özünə yaraşanı bilməlidir”.

Sevda vaxtı ilə geyim yarmarkalarına üz tutduğunu da açıqlayıb:

“Sonuncu dəfə heç bir geyim yarmarkasına üz tutmamışam. Özüm üçün bəyəndiyim bir paltar tikdirmişdim, Əlbəttə, özüm də o dükanlara , yarmarkalara müraciət etmişəm. Hətta bəzən şəhərin tanınmış butiklərində tapa bilmədiyini, o yarmarkalarda tapmaq mümkündür. Çünki çeşidlər daha çoxdur”.