Büdcənin sosialyönümlü xərcləri artıb

budcenin-sosialyonumlu-xercleri-artib
Oxunma sayı: 946

Maliyyə Nazirliyi 2021-ci ilin doqquz ayı ərzində büdcədə nəzərdə tutulmuş sosialyönümlü xərclərin icra vəziyyətinə dair operativ məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, cari ilin doqquz ayında sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 43,2 faizini təşkil etməklə 7655,2 mln. manat məbləğində icra olunub.

Ötən ilin eyni dövrü üzrə həmin xərc əmaliyyatlarını 483,5 mln. manat və ya 6,7 faiz üstələyib.  

2021-ci ilin doqquz ayı ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Cari ilin doqquz ayında dövlət büdcəsində 159,7 mln. manat məbləğində profisit yaranıb.