Milli Məclisin fevralın 23-də keçirilən növbəti plenar iclasında “2016-cı il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, dövlət büdcəsinə edilən dəyişikliyə əsasən dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat, xərcləri isə 18 milyard 495 milyon manat məbləğində təklif olunur. Hazırda qanun layihəsinə dəyişikliklərlə bağlı müzakirələr başlanılıb. Layihə haqda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verir.
O bildirib ki, büdcənin gəlirlərinin artırılması nəzərdə tutulur: “Sevindirici haldır ki, son 15 ildə dövlət büdcəsinin gəlirlərinin yerinə yetirilməsində heç bir uyğunsuzluq olmayıb. Xərclərin strukturunun artmasına baxanda isə yenə də burada artım olduğunu müşahidə edirik. Bu da büdcənin sosial yönümlü olmasından irəli gəlir. Manatın devalvasiyasından sonra dövlət başçısı tərəfindən bir sıra addımlar atıldı. Burada da əsas məqsəd əhaliyə devalvasiya ilə bağlı dəyən zərərin minumuma endirilməsi ilə bağlı idi. Odur ki, bu istiqamətdə büdcənin xərclər hissəsində 600 milyon manat artım yarandı. Biz həddən artıq borclanmaya getmirik, borc almırıq”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər