“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc bu gün parlamentdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, ölkədə faəl ticari mühitə müəyyən qədər ziyan dəyib, eləcə də panika və gözləmə mövqeyində olanlar, həmçinin bank sektoruna inamını itirənlər malik olduqları vəsaitlərin gələcəyi barəsində bədgümandırlar, üstəlik kapitalın ölkəmizi tərk etməsi prosesi gedə bilər: “Manat təkcə iqtisadi-maliyyə vahidi yox, həmçinin siyasi sabitlik alətidir. Ona görə devalvasiyadan daha çox insanlara hazırki qeyri-müəyyənlik zərbə vurur. Baxmayaraq ki, manatın dollara nisbətən kursunun 33,5 faiz aşağı düşməsi milli valyutamızın alıcılıq qabiliyyətinin və ya dəyərinin 33,5 faiz aşağı düşməsi anlamına gəlmir. Lakin hazırda hökm sürən panik qiymətlər bir müddət sonra iqtisadiyyatın tələb və təklif modeli əsasında tənzimlənəcək. Bununla belə qiymətlərə inzibati müdaxilə onun süni vasitələrlə artması nə qədər pisdirsə, zorakı vasitələr və müdaxilələr vasitəsəilə qiymətin diktəsi də o qədər pisdir. Bu sovet iqtisadiyyatına qayıtmaq demək olardı. Ona görə mən hökumətdən məhz iqtisadi vasiətələrlə, yəni, gömrük rüsumlarını, vergi dərəcələrini və bank faizlərini dəyişərək əhalinin maraqlarını qorumağa çağırırıam və belə olacağı təqdirdə həqiqətən də zəruri təlabat mallarının qiymətini qoruyub saxlamaq mümkün olacaq. Ona görə də büdcəyə yenidən baxılması zərurətini qəbul etməliyik”.
Son xəbərlər
Son Xəbərlər