Şri-Lankada ifratçı buddistlər müsəlmanların “Jummah” məscidinə hücum edib.
“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, Ampura şəhərində baş verib.
Məlumata görə, radikal buddistlərin məscidə hücumu zamanı 5 nəfər yarlanıb. Məscidə, ətrafdakı iş yerlərinə və bir neçə avtomobilə ziyan dəyib.
Əraziyə cəlb edilən polislər bölgəni nəzarətə götürüb.
Qeyd edək ki, Şri Lankanın 21 milyon əhalisi var ki, müsəlmanlar əhalinin 9 faizini, buddistlər 70 faizini, hindular isə 13 faizini təşkil edir.
(15).jpg)
Son xəbərlər
Son Xəbərlər