Budəfəki imtahanlarda 3 nəfər ən yüksək bal topladı

budefeki-imtahanlarda-3-nefer-en-yuksek-bal-topladi
Oxunma sayı: 4457

Xəbər verdiyimiz kimi, əvvəlki illərin məzunlar üçün iyulun 10-da keçirilən qəbul (o cümlədən cari ilin məzunları üçün buraxılış (qəbul) və əlavə xarici dil imtahanı) imtahanlarının nəticələri elan olunub.

"Qafqazinfo"nun məlumatına görə, imtahan iştirakçıları arasında ən yüksək nəticəni 266.2 bal toplayan Yardımlı rayonu, Alçabulaq kənd tam orta məktəbinin cari il məzunu göstərib.

İkinci ən yüksək nəticəni 260.6 bal toplayan Quba rayonu, II Nügədi kənd 1 saylı tam orta məktəbin əvvəlki illərinin məzunu göstərib.

Növbəti ən yüksək nəticəni isə 258.5 balla Sabirabad rayonu, 5 saylı şəhər tam orta məktəbin əvvəlki illərinin məzunu göstərib.