Buduq yolu təmirdən sonra - Foto

buduq-yolu-temirden-sonra
Oxunma sayı: 1628

Xaçmazın Ağyazı Buduq kəndinin yolu “Azəravtoyol” ASC tərəfindən əsaslı şəkildə yenidən qurulub.

“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, bundan öncə torpaq və çınqıl örtüklü olduğundan sözügedən avtomobil yolu ilə xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Bu səbəbdən bir müddət bundan öncə 2,5 kilometrlik yolun əsaslı şəkildə yenidən qurulmasına işlərinə start verilib.

Aparılan əsaslı yenidənqurma işləri çərçivəsində yeni yol yatağı və yol əsası tikilib, karbonat materialı tökülərək kipləşdirilib. Daha sonra avtomobil yoluna 7 metr enində 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənib, çiyinlər bərkidilib. Ümumilikdə 18 min m2 ərazinin asfaltlanması işləri həyata keçirilib. Bundan başqa avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün 3 yerdə suötürücü borular qoyulub.