UEFA Mahir Şükürovu futboldan məhrum etdi

uefa-mahir-sukurovu-futboldan-mehrum-etdi
Oxunma sayı: 654

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu haqda ali futbol qurumundan klubun ofisinə faks göndərilib. Faksda göstərilib ki, Türkiyə - Azərbaycan matçından sonra dopinq testindən keçən Mahirin qanında qadağan olunmuş preparat aşkarlanıb. UEFA bu məsələni araşdırır və araşdırma bitənədək Şükürov heç bir rəsmi oyunda meydana çıxa bilməz. Araşdırmaların nəticəsinə görə, 29 yaşlı Mahir daha ağır cəzaya məruz qala bilər.

Qeyd edək ki, “Qəbələ” bu həftə “Neftçi” ilə qarşılaşacaq və Mahir Şükürovun ən azı bu oyunda iştirak edə bilməyəcəyi dəqiqləşib.

Ceyhun Əhmədov