UEFA Ukraynanın qolunun qeydə alınmadığını etiraf etdi

uefa-ukraynanin-qolunun-qeyde-alinmadigini-etiraf-etdi
Oxunma sayı: 662

“Qafqazinfo”nun verdiyi məlumata görə, UEFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina səhv etdiklərini etiraf edib: “Səhv etdiyimizi bilirik. “Kaş ki bu hadisə olmazdı” deyirik, lakin unutmamalıyıq ki, hakimlər də insandır. Onlar da səhv edə bilər”.

FİFA prezidenti Zepp Blatter isə məsələyə münasibətini “Twitter”də bildirib: “Artıq topun qapı xəttini keçməsin müəyyənləşdirmək üçün texnologiyadan istifadə etmək zərurətə çevrilib”.

Oyunu idarə etmiş macarıstanlı baş hakim Viktor Kaşşai də səhvini boynuna alaraq böyük təəssüf hiss keçirdiyini deyib. Ukrayna mətbuatı isə Kaşşai və köməkçilərini tənqid atəşinə tutmağa davam edir. Müxtəlif KİV-lərdə hakimlərin Ukraynanın şansını əlindən alması iddia edilib.

Qeyd edək ki, Ukrayna – İngiltərə görüşündə ukraynalılar növbəti mərhələyə adlamaq üçün mütləq qalib gəlməli idi. Komanda hesabda geridə olarkən Deviçin zərbəsindən sonra Con Terri topu qapı xəttini keçdikdən sonra uzaqlaşdırsa da, baş hakim qolu qeydə almamışdı.

Ceyhun Əhmədov