Buffon karyerasını bitirir?

buffon-karyerasini-bitirir
Oxunma sayı: 1934

İtaliyalı dünya çempionu Canluici Buffon idman karyerasını bitirmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano tviter səhifəsində yazıb.

Qapıçının yaxın günlərdə rəsmi açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, Buffon on qat İtaliya çempionudur. Milli komandanın tərkibində 2006-cı ildə dünya çempionu, 2012-ci ildə Avropa çempionatının gümüş mükafatçısı olub.