Buffon siqaret çəkərkən yaxalandı - Prosineçki ilə müqayisə olundu+Foto

buffon-siqaret-cekerken-yaxalandi
Oxunma sayı: 742

 “Yuventus”un əfsanəvi qapıçısı Canluici Buffonun başı bəladadır.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli əlcək sahibi Turin klubunun Çempionlar Liqasının finala adladığı günün səhəri siqaret çəkərkən fotokameralara yaxalanıb. 

Onun fotoları ölkədə səs-küy yaradarkən yerli media ulduz qapıçını Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə müqayisə edib. Həmkarlarımız xorvatiyalı futbolçunu qolkiper üçün “nümunə” göstərib.