Bugünkü danışıqlarda hansı məsələ müzakirə olundu?

bugunku-danisiqlarda-hansi-mesele-muzakire-olundu
Oxunma sayı: 6245

“Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu zamanı humanitar aspektlər ətraflı müzakirə olunub”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib:

"Biz humanitar aspekti kifayət qədər ətraflı müzakirə etdik, çünki indi kifayət qədər şəhərlər mühasirəyə alınıb, qida, dərman, təxliyə ilə bağlı dramatik vəziyyət yaranıb", - Podolyak danışıqların ikinci raundundan sonra deyib.