Bugünkü imtahanda 3 nəfərdə telefon aşkarlandı

bugunku-imtahanda-3-neferde-telefon-askarlandi
Oxunma sayı: 1425

Bu gün keçirilən növbəti buraxılış (qəbul) imtahanlarından 3 nəfər xaric olunub. 

DİM-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. 

İmtahanlar 10 şəhər və rayonda təşkil olunub. İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Qeyd edək ki, iyulun 25-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.