Xəbər verdiyimiz kimi, bu gün DİM tərəfindən şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirilir.
Bu dəfə də imtahanlar saat 11:00-da başlanılıb. Zala daxil olmadan öncə şagirdlərin hərarəti yoxlanılıb.
Xatırladaq ki, bu il iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın bugünkü imtahandan çəkdiyi fotoları təqdim edirik:












Son xəbərlər
Son Xəbərlər