Bugünkü matçın yekununda gərgin anlar - Video

bugunku-matcin-yekununda-gergin-anlar
Oxunma sayı: 6771

Xəbər verdiyimiz kimi, bu gün “Neftçi” “Turan Tovuz”un qonağı olub (1:1).

“Qafqazinfo” xəbər verir ki, görüşün yekununda gərgin anlar yaşanıb.

Belə ki, oyundan sonra tovuzlu azarkeşlər “Neftçi”nin futbolçularını fitə basıb.

Tribunadakı azarkeşlərdən biri əlindəki plastik su qabını rəqib futbolçulara tərəf atıb. Buna görə iki komandanın nümayəndələri arasında münaqişə yaranıb.

Həmin görüntüləri təqdim edirik: