Bugünkü qərarlar gələn həftə elan ediləcək

Bugünkü qərarlar gələn həftə elan ediləcək
Oxunma sayı: 3395

“Qarabağ üzrə üçtərəfli işçi qrupuna daxil olan Rusiya Federasiyası, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri gələn həftə Moskvada bir araya gələcəklər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra deyib.

“Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - onlar müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar”, - deyə Putin bildirib.