Bugünkü tıxacda əks yola çıxan sürücülər cərimələnəcək

bugunku-tixacda-eks-yola-cixan-suruculer-cerimelenecek
Oxunma sayı: 3210

Bu gün Bakının girişində yaranan tıxac zamanı əks yola çıxaraq hərəkət edən avtomobillərin sürücüləri cərimə olunacaq.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Astara-Ələt-Bakı yolunun Ələt qəsəbəsi ərazisində quraşdırılan karantin postunda yoxlamalar zamanı yaranan tıxacda əks yola çıxaraq özlərinin və digərlərinin həyatını riskə atan sürücülər olub: “Həmin şəxslər bir qədər irəlidə saxlanılıb və geri qaytarılıb.

Onların bu yolla Bakıya girişinə icazə verilməyib. Əks istiqamətdə hərəkət edən sürücülər Yol Hərəkəti haqqında qanunun tələblərini pozublar. Buna görə də həmin ərazidə quraşdırılan kameralar vasitəsilə əks istiqamətdə hərəkət edən avtomobillərin sürücüləri cərimə ediləcəklər”.

Murad Əhməd