Bugünkü yanğında 12 nəfər xəsarət alıb

bugunku-yanginda-12-nefer-xesaret-alib
Oxunma sayı: 1861

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 12 nəfər xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Azvision.az -a verilən məlumata görə, hadisə yerinə Nizami rayon 6 saylı Təcili Tibbi Yardım Stansiyasının, Xətai rayonu 7 saylı Təcili Tibbi Yardım Stansiyasının, Sabunçu rayonu 13 saylı Təcili Tibbi Yardım Stansiyasının bölmələri cəlb edilib. 

Yanğın zamanı 5 nəfər tüstüdən boğulma ilə təcili yardıma müraciət edib. Belə ki, hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1-i xəstəxanaya yerləşdirilib. 

Həmçinin 1 polis əməkdaşı burun qanaxması ilə təcili yardıma müraciət edib. Yanğın zamanı daha 2 nəfər isə yanıq xəsarətləri alıb.