Bugünkü zəlzələ Azərbaycandakı ocaqları oyada bilər?

bugunku-zelzele-azerbaycandaki-ocaqlari-oyada-biler
Oxunma sayı: 4407

“Türkiyədə baş verən zəlzələnin təsirini Azərbaycanda tək-tək insanlar hiss ediblər. Bundan əvvəl Xoy şəhərində olmuşdu. Bura Naxçıvanla təxminən 98 km məsafədə idi. Burada isə məsafə 700-800 km-dir. O təkanlar bizdə zəlzələ ocaqlarını oyada bilməz”.

“Qafqazinfo” xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün Türkiyədə baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında bildirib. 

Q.Yetirmişli əlavə edib ki, yaxın günlərdə Azərbaycanda katastrofik zəlzələnin olacağını düşünmür.

Gülnar Əliyeva