Builki Novruzda Bakı... - Fotosessiya

builki-novruzda-baki
Oxunma sayı: 18347

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunsa da, paytaxtda koronavirus pandemiyasına görə əhali küçələrə çıxmayıb.

“Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədov Bakının mərkəzində fotosessiya edərək əhalinin sıx toplaşdığı məkanların bugünkü vəziyyətini lentə alıb. Koronavirusa görə əhalinin evdən kənara çıxmaması mərkəzi küçələrin və parkların boş qalması görüntüsünü ortaya çıxarıb. 

Pandemiyaya qarşı mübarizə çərçivəsində rəsmi qurumların evdən kənara çıxmamaq, kütləvi yerlərə getməmək çağırışlarına əhalinin müsbət yanaşması təqdirəlayiq hal kimi qiymətləndirilir.