Builki parlament seçkilərinin vaxtı bəlli oldu

builki-parlament-seckilerinin-vaxti-belli-oldu
Oxunma sayı: 3103


“Qafqazinfo” report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin 2-ci bəndinə əsasən, Milli Məclisin hər çağırışının seçkiləri noyabr ayının birinci bazar günü keçirilir.

2015-ci ilin noyabrın ilk bazar günü ayın 1-nə təsadüf edir. Buna görə də MM-ə seçkilərin noyabrın 1-də keçirilməsi gözlənilir.

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən "Report"a bildirilib ki, rəsmi olaraq Milli Məclisə seçki təyin edildikdən sonra MSK-nın iclası keçiriləcək və müvafiq qərar veriləcək.