Uitni Hyustonun dəfn tarixi açıqlandı

<b>Uitni Hyustonun dəfn tarixi açıqlandı</b>
Oxunma sayı: 252

Fevralın 12-i gecə dünyasını dəyişən məşhur müğənni Uitni Hyuston cümə günü vətənində Nyu-Cersi ştatında dəfn ediləcək. ANS PRESS xəbər verir ki, bu barədə məlumatı “Associated Press” agentliyi Hyuston ailəsinə yaxın mənbələrə istinadən yayıb.

Yaxın bir neçə saat ərzində müğənninin cənazəsi Los-Ancelesdən doğma şəhəri Nyuarka təyyarə ilə aparılacaq. Onun qohumları pop musiqisinin ulduzu ilə dəfn mərasiminin “Prudential Center” idman kompleksinin 18 min nəfərli arenasında keçirilməsini istəyirlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi