“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, hazırda İstanbulda olan Aygün sənətçinin konsertinə yollanıb. Daha sonra Bülənt Ersoyun dəvəti ilə səhnəyə çıxan xalq artisti ilə müğənni arasında maraqlı dialoq yaşanıb. Həmin anları isə ATV telekanalında yayımlanan “Onlar” verilişi görüntüləyib. B.Ersoy xalq artistinə təriflər yağdırıb:
“Azərbaycanın çox hörmətli müğənnisi, oranın Divası Aygün Kazımova məni dinləməyə gəlib. Aygün mənim zövqlə qulaq asdığım ifaçıdır. Məni Bakıda çox gözəl formada qonaq etmişdi, ona heyran qalmışdım. Mən sənin kimi qonaqpərvər deyiləm”.
A.Kazımova isə Ersoyu yenidən Bakıya dəvət edəcəyini bildirib:
“Azərbaycandan sizlərə salamlar gətirmişəm. Eyni arzu, eyni niyyətik. Siz o cür qarşılanmağa layiqsiniz. Sizi yenidən Azərbaycana dəvət edəcəyəm”.
Xalq artisti türkiyəli divanın istəyi ilə “Bu qala daşlı qala” mahnısını oxuyub.
Xatırladaq ki, Bülənt Ersoy 2002-ci ildə A.Kazımovanın dəvəti ilə Bakıya gəlib. O, “Best model of Azerbaijan” müsabiqəsində qonaq münsif qismində çıxış edib.
Son xəbərlər
Son Xəbərlər