İraqda 12 mayda keçirilən parlament seçkilərində Kərkükdə istifadə olunmuş bülletenlərin saxlanıldığı anbara hücum olub.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bomba ilə yüklənmiş avtomobilin partladılması nəticəsində 4-ü sivil, 15-i polis olmaqla 19 nəfər yaralanıb.
Küçədə 10 avtomobil yararsız hala düşüb, bülletenlərə isə zərər dəyməyib.
Qeyd edək ki, seçkilərdə saxtakarlıq edildiyi iddiası ilə səslərin yenidən sayılmasına qərar verilmişdi. Bu qərardan bir neçə gün sonra - 10 iyunda bülletenlərin paytaxt Bağdadda saxlanıldığı anbarda yanğın olmuş və bülletenlər yanmışdı.
Son xəbərlər
Son Xəbərlər