Bulvar belə olacaq - - Fotolar

bulvar-bele-olacaq-
Oxunma sayı: 4298


"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, 2012-ci ilin sonunda yaradılmış olan Səbail rayonunda İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi paytaxtın mərkəzi rayonunun Bayıl-20-ci yaşayış sahəsi ərazilərini əhatə edir və burada 51 min nəfər sakin yaşayır. Yeni yaranmasına baxmayaraq ötən ildə nümayəndəlik tam şəkildə fəaliyyət göstərmiş, üzərilərinə düşən vəzifələri öhdəsinən gəliblər.

Bayıl yaşayış sahəsində yerləşən «Riviera» mehmanxanasında Səbail rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ilk hesabat yığıncağı keçirilib.

Toplantıda 2013-cü il ərzində rayonun Bayıl-20-ci sahə ərazilərində həyata keçirilən işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.

Yığıncağı açıq elan edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov  Prezident İlham Əliyev tərəfindən Bakı şəhərininə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cır şəraitin yaradılması üçün görülməli olan işlərdən danışmışdır. A.Əsgərov 2013-cü ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr, Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunmuş Dövlət Proqramında Səbail rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər barədə geniş məlumat verərək qeyd edib ki, bu proqramma 2-ci sahə inzibati ərazi dairəsi üzrə 51 saylı orta məktəbin, 91 və 157 saylı uşaq bağçalarının, 11 saylı uşaq vərəm xəstəxanasının əsaslı təmiri salınmışdır. Ölkə başçısının tapşırıqlarına əsasən şəhərin Bayıl-20-ci yaşayış sahəsini əhatə edən nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir, Bakı Bulvarının Dövlət Bayrağı Meydanından Bibiheybət qəsəbəsi istiqamətində genişləndirilməsi aparılır, dəniz kənarı ərazidə gözəl istirahət zonası yaradılır və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək.