Bulvar və parklar, restoran və kafelər də açılır - Şərtlər

bulvar-ve-parklar-restoran-ve-kafeler-de-acilir
Oxunma sayı: 4872

Bu gündən etibarən bəzi istirahət məkanlarına, eləcə də ictimai iaşə obyektlərinə qoyulan məhdudiyyətlər müəyyən şərtlər daxilində aradan götürülür.

Operativ Qərargahdan “Qafqazinfo”ya daxil olan məlumata görə, bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür.

Həmçinin, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla).