“Bulvarda gizli-gizli öpüşən gənclərə həsr etmişəm”

bulvarda-gizli-gizli-opusen-genclere-hesr-etmisem
Oxunma sayı: 3030


“Qafqazinfo”ya açıqlamasasında müğənni yeni mahnılar üzərində işlədiyini bildirib:

“Möhtəşəm mahnılar üzərində işləyirəm. Qayınana və gəlinlər üçün çox gözəl bir mahnı yazdırmışam.Yola getməyən, bir oğlanı bölüşdürə bilməyən, bütün günü qırğın-dava edən  qayınana və gəlinlərə həsr etmişəm.Bu mahnını eşidənlərin ancaq sümükləri oynayacaq. Gəlin-qayınanaların atışması olacaq, bir-birilərini  qıracaqlar. 

Söz və musiqisi Tahir Şahmaroğluna məxsus başqa bir mahnı da yazdırmışam. 1991-1992-ci illərdə ifa olunan bu mahnını eşidib bəyəndim, aranjeman hazırdı, iki günə yazdıracam, “ATV” kanalında da təqdim edəcəm. 

Özüm də “Öpüşək” adlı mahnı yazmışam, onu yayda təqdim edəcəm. Bulvarda gizli-gizli öpüşən gənclərə həsr etmişəm”. 

Könül