Bulvarda intihar etdi

bulvarda-intihar-etdi
Oxunma sayı: 716

Dənizkənarı Milli Parkda intihar hadisəsi olub.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 metr solda nəzarətsiz ərazidə) 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.