Bulvarda intihar istəyi

bulvarda-intihar-isteyi
Oxunma sayı: 1012


Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:00-da başa çatıb.  Özünü dənizə atan qadının şəxsiyyəti məlum olub. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, xilasedicilər tərəfindən sudan çıxarıldıqdan sonra xəstəxanaya gətirilən qadın, 1980-ci il təvəllüdlü Quliyeva Solmaz Elçin qızıdır. O, Bakı şəhər Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır.

Xəstəxanaya yerləşdirilən qadını dindirmək hələlik mümkün deyil. Onun ailədaxili münaqişə zəminində intihara cəhd etdiyi bildirilir.