Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
***
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran qadın barədə qərar verilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar qəbul edib.
O, İnzibati Xətalar Məcəlləsinin 510-cu(xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək, 75 manat cərimə edilib.
Son xəbərlər
Son Xəbərlər