Bulvarda maarifləndirici bilbordlar yerləşdirildi - Fotolar

bulvarda-maariflendirici-bilbordlar-yerlesdirildi
Oxunma sayı: 1651

Bu gündən bütün Bulvar boyunca xəbərdaredici və maarifləndirici bilbordlar yerləşdirilib.

Dənizkənarı Bulvar İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, bilbordlarda “Evdə Qal” çağırışı, maarifləndirici məlumatlar, gigiyenik qaydalar, xəstəliyin simptomları, küçədə davranış üzrə təlimatlar yer alıb.

Lövhələr əsasən, piyada keçidləri və avtobus dayanacaqları istiqamətində yerləşdirilib.

Ümumilikdə bütün çıxışlarda və ya çıxışlararası ərazilərdə 34 bilbord yerləşdirilib.