Bulvarda özünü dənizə atan şəxs belə xilas edildi - Video

bulvarda-ozunu-denize-atan-sexs-bele-xilas-edildi
Oxunma sayı: 2984

Bakıda bir nəfər özünü suya ataraq intihara cəhd edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) qeydə alınıb.

Dərhal hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.