Ulviranın əri azad edildi

ulviranin-eri-azad-edildi
Oxunma sayı: 675

Qeyd edilmişdi ki, Mustafayev Tərlan Ağa oğlu və onun tanışı Orxan Rüstəmov 11 dekabr 2011-ci il tarixində Sabunçu qəsəbəsində yaşayan vətəndaş Zemfira Əliyevanın mənzilindən dəyəri 1000 manata yaxın olan məişət əşyalarını oğurlamaqda şübhəli bilindiyi üçün saxlanılıblar.

Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Anar Miralayevin verdiyi məlumata görə, məhkəmənin qərarı ilə Tərlan Mustafayevlə tanışı Orxan bu gün ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılıblar.

Amma müstəntiq onu da əlavə edib ki, onlar barəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb.