Ülviranın ülvi olmayan nümunəsi

ulviranin-ulvi-olmayan-numunesi-
Oxunma sayı: 669

Ən orijinal toy etmək üçün ən çox da bəy gəlin dəri-qabıqdan çıxır, nəticədə də Qala qrupunun sevilən mahnısında da deyildiyi kimi "Sonunda ayrıldıq".

Mən Ülvira xanımı həmişə insanı keyfiyyətlərinə, güclü xarakterinə, sözün doğrusunu deyən kimi təqdir etmişəm. Hələ 2001-ci ildə SOY prodakşının təqdim etdiyi televiziya araşdırmasında Ülviranın təqdimatı maraqlı idi .Bəlkə çoxları xatırlamaz amma o əsil jurnalistika peşəkarlığını nümayiş etdirərək maraqlı mövzuları işləyərək (Bakı qaraçılarının həyatı xüsusi maraq doğurmuşdu) tamaşaçılara çatdırardı. Amma uzun fasilədən sonra onun yenidən efir məkanında görünməsi və evlilik proqramı ilə çıxış etməsi də hamının ürıyincə oldu. Ən azı onun qonşu telekanalda oyun oynayan, evlilik vəziyyətini yaşamadan alimlik edən aparıcılardan fərqli olaraq başı daşdan dəymişdi. Düzü ilk vaxtlar onun potensialı yüksək olan, düşüncə tərzi ilə maraq doğuran insan kimi daha səviyyəli telelayihədə görməyimi arzulayardım .Amma ANS-də onsuz da son illər ciddi jurnalistlərin öz üslubunu dəyişərək (Aytən, İLqar kimi hörmətli) tamaşaçıların gözündə cılızlaşan obraza çevrilməsi dəb alıb. Elə Ülvira da düşdüyü ocağın rəngini aldı, amma o verilişində ailə haqqında dəyərli fikirləri ilə hörmət qazandı. Amma dağlı balasının onun həyatına girməsi ilə o başqalaşdı. Şəxsən məni kimisi çoxu da onun evliliyinin uzun sürməsinə inanmırdı. Qınaq obyektinə çevrilməyinə təəssüflənsəm də, o artıq ictimai rəydə yerini almışdı. Deməli, o bizim sevimli nümunəmiz idi. O da bəlkə dağdan gələn və bir az da gecikən atsız şahzadəsinin belə tez zamanda onu yarı yolda qoyacağını nə istəməz, nə də arzulamazdı. Bəlkə də bir az da oğlan evinin xeyir -duasının olmaması belə vəziyyətə gətirib çıxardı ki, artıq qısa müddətdən sonra ayrılıq kimi xoşagəlməyən məsələdən danışılır.

Media Ülvira xanımın həyat yoldaşının bıçaqlanma vəziyyətindən xəbərsiz olmasını qınayır. Ola bilər, amma bu xanım sözə baxmayan cavan üçün cəza tədbiri görəsi və ya icazə ilə onu küçəyə buraxası deyil ki, başına da iş gəlsin. Bir də axı, adının sonunda "dağlı "kəlməsinin işlənməsi artıq təxəllüsdən də artıq bir mənadan xəbər verir. Bu sözlə ehtiyatlı olmaq gərəkdir.

Artıq Ülviranın efirdə çıxıb tez-bazar evlənmək istəyənlərə çətin bir sözü olar. Ya da onun dediklərinin eksi-isbatı, uğursuz ailə münasibətinin bütün aləmə işıq surəti ilə yayılması çətin ki, kiməsə nümunə olsun. Olsa-olsa dərs olar, onu da götürən olarsa.