Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan bu gün Çempionlar Liqasının finalında “Atletiko”ya qarşı keçirəcəkləri oyundan danışıb.
“Qafqazinfo” xəbər verir ki, fransalı mütəxəssis kuboku qazanmaq üçün çox əziyyət çəkəcəklərini bildirib: “Çətin matç olacaq. Aqressiv oynamaq lazımdır? Məncə, yox. Son dərəcə çətin qarşılaşma keçəcək. Biz hər şeyi gözə almışıq və tam hazırıq. Finalda həmişə səhvlər çox olur. Buna dözmək lazımdır. Biz topsuz olanda daha yaxşı müdafiə olunmalıyıq. Top bizdə olduğu zaman hücum silahlarımızdan istifadə etməliyik. Bizə meydanda daha çox qaçmaq lazımdır. Əgər biz məğlub olsaq, bu çatışmazlıqlar səbəbindən olmayacaq. Öz oyunumuzu meydana daşımalıyıq. Özümüzü düzgün ifadə edə bilməsək, uğursuzluq qaçılmazdır”.
Zidan futbolçu və məşqçi kimi Çempionlar Liqasının finalında oynamaqdan da danışıb: “Özümü futbolçu kimi finalda necə hiss edirdimsə, indi də elə hiss edirəm. Vəziyyət fərqli olsa da, məqsəd eynidir. Mən burda olmaqdan xoşbəxtəm. Aydındır ki, heç bir halda final matçına çıxmaq asan deyil”.
Son xəbərlər
Son Xəbərlər