“Buna görə bütün dünya məsuliyyət daşıyır” - Zelenski

buna-gore-butun-dunya-mesuliyyet-dasiyir
Oxunma sayı: 3000

“Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Əsasnaməsini imzalayan Monqolustanın Rusiya Prezidenti Vladimir Putini həbs etməkdən imtina etməsinə görə bütün dünya məsuliyyət daşıyır”.

“Qafqazinfo” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski deyib.

Zelenski Monqolustanın Rusiya prezidentini həbs etməmək qərarına görə bütün dünyanı günahlandırıb, həmçinin hüquq sisteminin deqradasiyasını dayandırmağa, hələ də qalan normaların məhv edilməsinin qarşısını almağa çağırıb.

Qeyd edək ki, Rusiya lideri sentyabrın 2-si Ulan-Batora gedib. Belə ki, bu, Putinin Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini imzalamış ölkəyə ilk səfəri olub. 

Xatırladaq ki, 2023-cü ilin martında BCM Putinin həbsinə order verib. Bu sənədə əsasən Putin Monqolustana səfəri zamanı həbs edilməli idi.