“Buna görə çox üzüldüm...”

buna-gore-cox-uzuldum
Oxunma sayı: 2361

“Real Madrid”in və Braziliya millisinin hücumçusu Rodriqo Qoes adının “Qızıl top”a namizədlər arasında olmamasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, insayder Fabritsio Romano onun fikrlərini şəxsi “X” hesabında yazıb.

“Namizədlər arasında olmadığımı görəndə çox üzüldüm. Məncə, adımın siyahıda olmasına laiq idim. Siyahıdakı oyunçuları aşağılamaq istəmirəm, amma mən orada olmalıydım. Adımı namizədlər arasında görməmək mənə pis təsir etdi. Nə edə bilərəm ki? Qərarı mən vermirəm”.

Qeyd edək ki, “Qızıl top”un qalibi oktyabrın 28-də müəyyənləşəcək.