“Buna görə də zəif oynadıq”- - Prosineçki

buna-gore-de-zeif-oynadiq-
Oxunma sayı: 2166


“Maltaya qarşı ilk hissədə yaxşı oynadıq. Bizim üçün əhəmiyyətli oyun uidi. Futbolçuların özünəinamı qaytarması üçün mütləq qələbə qazanmalı idik. Ağıllı oynadıq və bunu bacardıq. İkinci hissədə isə komandamız qələbəni əldən verməkdən qorxurdu. Buna görə də zəif oynadıq”.

Xorvatiyalı mütəxəssis millimizin debütantları barədə də danışıb: "Bəzi futbolçular əvvəllər yığmada oynamamışdı. Amma bu dəfə onlara şans verdim. Mən bu tempdə də davam edəcəyimizə ümid edirəm. Norveçlə növbəti oyunumuza da yaxşı hazırlaşmalıyıq. Əminəm ki, yenə hər kəsi təəccübləndirə bilərik. Amma tez-tez uduzan komandanı psixoloji cəhətdən qalib ruhunda saxlamaq çox çətindir".

Prosineçki xorvatlarla Bakıda baş tutacaq qarşılaşmadan da danışıb: "Əlbəttə, Xorvatiya həmin matçın favoriti olacaq. Bu, aydın məsələdir. Amma biz rəqibin işini çətinə salmaq üçün əlimizdən gələni edəcəyik və buna indidən əminəm. Xorvatiya yığmasına Bakıda asan olmayacaq".