“Buna haqqı yoxdur...” - Davudoğlundan Putinə cavab

buna-haqqi-yoxdur
Oxunma sayı: 3652

“Türkiyənin sərhədləri sadəcə Türkiyəni maraqlandırır”.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Əhməd Davudoğlu Rusiya prezidenti Vladimir Putinin ABŞ lideri Barak Obamaya “Türkiyə-Suriya sərhədi bağlansın” təklifinə cavab olaraq bildirib.

“Türkiyənin iştirakı olmadan iki ölkə liderinin bu cür danışıqlarının bizim üçün heç bir mənası yoxdur. Türkiyənin sərhədləri sadəcə mühacirlərə insanlıq baxımdan açıqdır. Dünyanın Türkiyəyə təşəkkür borcu var. Heç kimin bizdən hesabat almağa nə haqı, nə də ki, həddi var”, - deyə Davudoğlu söyləyib.