Bu gün Topaz Premyer Liqasında 22-ci tura yekun vurulub.
“Qafqazinfo” futbolinfo.az-a istinadən xəbər verir ki, son oyun günündə “Rəvan” öz meydanında “Qəbələ”yə 0:1 hesabı ilə uduzub.
“Bayıl Arena”dakı matçdan sonra təçkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk qələbəni belə şərh edib:
"Əsas odur, qalib gəldik. İndiki zamanda bizim xal itirməyə haqqımız yoxdu. Birinci hissədə meydançaya uyğunlaşmaqda çətinlik çəkdik. İkinci hissədə isə oyunumuz alındı. Məncə, layiq olduğumuz qələbəni qazandıq".
- Ardıcıl üç qələbədən sonra artıq "Qəbələ"nin özünə gəldiyini demək olar?
- Mən keçirdiyimiz oyunlara seriya kimi yanaşmıram. Hər oyundan sonra oyunumuzu təhlil edirik. Əvvəllər qalib gəldiyimiz elə oyunlarımız olmuşdu ki, bundan yaxşı oynasaq da, qalib gələ bilməmişdik.
- Komandadakı zədəlilərin vəziyyəti necədir?
- Antonov, Sadiqov, Dodo və Abışov bir müddətdi zədəlidi. Abışov komanda ilə məşqləri bərpa etsə də, hələ oynamağa hazır deyil. Sadiqov ağır xəstələnmişdi. O, yenicə məşqlərə başlayıb. Antonov ayın 24-də ölkəyə gələcək və təkrar müayinə olunacaq. Dodo isə 10 gün ərzində qayıdacaq.
Son xəbərlər
Son Xəbərlər