“Buna kimsə cürət edə bilməz”

buna-kimse-curet-ede-bilmez
Oxunma sayı: 641



“Qafqazinfo” xəbər verir ki, bunu “Azadlıq” qəzetinə açıqlamasında politoloq Vəfa Quluzadə
Rusiya Islam Komitəsinin sədri, politoloq Heydər Camalın Azərbaycanın torpaqları müharibə yolu ilə geri qaytarmaq istəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. V. Quluzadə bildirib ki, Azərbaycan müharibəni başlamaq fikrinə düşsə, onu Rusiya ilə başlamalıdır: “Bu o deməkdir ki, Azərbaycan Rusiya ilə heç vaxt müharibə edə bilməz. Başqa bir variant da var ki, Rusiya ilə razılaşdırılmış bir məsələni Heydər Camal səsləndirə bilər”.

Vəfa Quluzadə onu da qeyd edir ki, Qərbin maraq dairəsində olan Cənubi Qafqaz regionunda müharibəni Qərbin razılığı olmadan heç kim başlaya bilməz: “Doğrudur, regiondan müharibə qoxusu gəlsə də, buna kimsə cürət edə bilməz”.