“Ukraynada elə tərəf var ki, onunla sülh müqaviləsi bağlana bilər, amma Kiyevin istəyi lazımdır”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2024) çərçivəsində dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşdə deyib.
“Bəs müqaviləni kimlə imzalamalıyam? Buna baxmayaraq, parlamentin spikerinə tam səlahiyyət verilsə, hər şey həll oluna, razılaşdırıla bilər. Mən müqavilə imzalamaq istərdim”, - Rusiya lideri bildirib.
Son xəbərlər
Son Xəbərlər