Bundan sonra “28 May” Bostonda qeyd ediləcək

bundan-sonra-28-may-bostonda-qeyd-edilecek
Oxunma sayı: 2400

Artıq 28 May hər il Boston şəhərində Azərbaycanlıların Milli Günü kimi qeyd olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Amerikada yaşayan azərbaycanlı Hikmət Qasımzadə yayıb. O bildirib ki, həftələrlə yazışdıqdan sonra Boston şəhərinin (City of Boston) meri Marti Valş 28 mayı tanıyan bəyannaməni imzalayıb:

“Mer bizləri Cümhuriyyətin 101-ci il ərəfəsində çox sevindirdi. Bütün dəstək olan dostlara təşəkkür edirəm. Gələn il Masaçussets ştatı səviyyəsində bu bəyannamənin alınması üçün əlimdən gələni edəcəyəm”.