Bundesliqa mayda bərpa oluna bilər

bundesliqa-mayda-berpa-oluna-biler
Oxunma sayı: 1587

Koronavirus pandemiyasına görə dayandırılan Almaniya I, II və III Bundesliqası may ayında bərpa edilə bilər.

"Qafqazinfo" xəbər verir ki, Almaniya Klublar Birliyinin rəhbəri Kristian Seyfert "New York Times" nəşrinə liqaları mayda bərpa edib, iyunun sonlarında yekunlaşdırmaq istədiklərini söyləyib. O, bununla bağlı hökümətlə görüşəcəklərini deyib.

DFL prezidenti qarşılaşmaların azarkeşsiz keçiriləcəyini və ilin sonuna qədər belə olacağını deyib. Qurum rəsmisi çempionatların ləğv ediləcəyi halda, aşağı liqa klublarının iflas olacağını vurğulayıb.

Qeyd edək ki, Almaniya Bundesliqasında bir neçə komanda sosial məsafəni saxlayaraq, məşqləri bərpa edib.